RU

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatına

Sizə, İdarə Heyətinin üzvlərinə və Yeni Azərbaycan Partiyasının bütün üzvlərinə partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə Laos Xalq İnqilab Partiyası adından və şəxsən öz adımdan ən xoş arzularımı çatdırıram.

Laos Xalq İnqilab Partiyası Yeni Azərbaycan Partiyasının Azərbaycanda, regionda və dünyada sabitlik və inkişafın təmin edilməsi yönündə göstərdiyi səylərdən xəbərdardır. Biz ortaq dəyərlərimizi, partiyalarımız və xalqlarımız arasında dostluq və əməkdaşlıq bağlarının möhkəmləndirilməsinə sadiqliyimizi yüksək qiymətləndiririk.

Bu önəmli gün münasibətilə Sizə, partiyanızın rəhbərliyinə və bütün üzvlərinə cansağlığı, böyük uğurlar arzulayıram. Laos Xalq İnqilabı Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında dostluq əlaqələri hər iki partiyanın, hər iki dövlətin, Laos və Azərbaycan xalqlarının inkişafı və rifahına xidmət edən sülh, dostluq və əməkdaşlıq naminə daim inkişaf etsin.

Hörmətlə, 

Bountonq Çitmani,
Laos Xalq İnqilab Partiyası Siyasi Bürosunun üzvü,
Mərkəzi Komitə Katibliyinin daimi katibi,
Laos Xalq Demokratik Respublikasının vitse-prezidenti

Избранный
28
1
ikisahil.az

2Источники