RU

"Azərsun Holdinq" və KOBİA arasında memorandum - FOTO

Noyabrın 22-də COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Azərsun Holdinq” ilə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında mühüm tərəfdaşlıq memorandumu imzalanıb. SİA xəbər verir ki, bu əməkdaşlıq çərçivəsində “KOB-ların Yaşıl İqlim keçidi üçün Bakı Koalisiya Bəyannaməsi”nə qoşulmaq barədə razılıq əldə olunub.

İmzalanma mərasimində KOBİA-nı İdarə Heyətinin sədri Orxan Məmmədov, “Azərsun Holdinq”i isə Müşahidə Şurasının sədri Abdolbari Gozal təmsil edib.

Memorandumun məqsədi iqlim dəyişmələri, yaşıl texnologiyalar, yaşıl iqtisadiyyat və yaşıl sahibkarlıq sahəsində əməkdaşlıq və birgə fəaliyyəti təşviq etməkdir. Tərəflər ətraf mühitin sağlamlaşdırılması, maarifləndirmə və davamlı inkişaf istiqamətində müxtəlif tədbirlərin həyata keçirilməsini nəzərdə tutur.

Xatırladaq ki, “Azərsun Holdinq” uzun illərdir iqlim dəyişikliklərinə qarşı mübarizə, sağlam ekologiya və yaşıl iqtisadiyyatın inkişafı naminə ardıcıl addımlar atır. Bu memorandum vasitəsilə şirkət öz öhdəliklərini bir daha təsdiq edir və KOBİA ilə birlikdə davamlı gələcək üçün yeni təşəbbüslərə imza atmağı planlaşdırır.

Избранный
1
17
sia.az

10Источники