RU

Sərnişin təyyarə bələdçisinə hücum edib

“Dallas Fort Uorth” Beynəlxalq Hava Limanının İctimai Təhlükəsizlik Departamentindən bildirilib ki, “American Airlines 1915”-in göyərtəsində   sərnişinlərdən biri stüardessalara hücum edərək, təyyarəni  tərk etmək istədiyini bildirib.

KONKRET.az CNN-ə istinadən xəbər verir ki, sərnişini saxlamaq üçün stüardessa kömək çağırıb. Xanımın köməyinə ilk olaraq digər sərnişinlər çatıblar. Onu güclə saxlamağa nail olan ekipaj üzvləri təyyarəni tərk etmək istəyən sərnişinin əl-qolunu bağlaya biliblər. Təyyarə “Dallas-Fort Uort” hava limanına təhlükəsiz eniş etdikdən sonra İctimai Təhlükəsizlik Departamentinin əməkdaşları  sərnişini  psixi müayinəyə göndəriblər.

Vəli Həsənoğlu,

KONKRET.az

Избранный
28
konkret.az

1Источники