RU

Türkiyə yığmasının Millətlər Liqasındakı rəqibi bəlli oldu

Türkiyə yığmasının UEFA Millətlər Liqasındakı rəqibi bəlli olub.

Qaynarinfo xəbər verir ki, "ay-ulduzlular" A/B Liqası pley-offunda Macarıstanla üz-üzə gələcək.

Bundan əlavə, Ukrayna Belçika ilə, Avstriya Serbiya ilə, Yunanıstan isə Şotlandiya ilə münasibətlərə aydınlıq gətirəcək.

Qalib komandalar növbəti mövsüm A Liqasında, məğlublar isə B Liqasında mübarizə aparacaqlar.

Qeyd edək ki, Türkiyə millisi ilk matçını martın 20-də evdə, cavab görüşünü isə 3 gün sonra səfərdə keçirəcək. Vinçentso Montellanın rəhbərlik etdiyi kollektiv B Liqasının 4-cü qrupunda 11 xalla ikinci olmuşdu.
 
Turnirin pley-off mərhələsinin də püşkü atılıb. Püşk nəticəsində 1/4 final cütləri müəyyənləşib.

Bu raundda Niderland İspaniyaya, Danimarka Portuqaliyaya, Xorvatiya Fransaya, İtaliya isə Almaniyaya rəqib olub.

İtaliya/Almaniya cütünün qalibi yarımfinalda Niderland/İspaniya duelinin güclüsü ilə görüşəcək. Danimarka - Portuqaliya matçında qalib gələn tərəf isə Niderland - İspaniya görüşündə qələbə qazanan yığma ilə görüşəcək.

Qeyd edək ki, qarşılaşmalar 2025-ci ilin martında keçiriləcək.


Избранный
8
15
qaynarinfo.az

10Источники