RU

Norveçdə ABŞ səfirliyinin işçisi İrana casusluğa görə saxlanılıb

Osloda ABŞ səfirliyinin 20 yaşlı mühafizəçisi Rusiya və İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılıb.

Bu barədə "Azad İran" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, o, ABŞ-nin təhlükəsizliyinə təhdid yarada biləcək məxfi məlumatların ötürülməsində ittiham olunub.

Norveç polisi böyük həcmdə rəqəmsal məlumatları müsadirə edib və geniş araşdırma aparıb, lakin hələlik hansı məlumatların ötürüldüyünü açıqlamayıb.

Şübhəli şəxs səfirlikdə mühafizəçi işləyib və diplomatik missiyalara təhlükəsizlik xidmətləri göstərən şirkətlə əlaqəli olub. Bununla belə, onun şirkətinin gəliri olmayıb və özü 2022-ci ildə təxminən 18 min dollar qazanıb. Şübhəli 13 ilədək azadlıqdan məhrum edilə bilər. Gənc təqsirini etiraf etməyib, lakin müvəqqəti həbs cəzasına razılıq verib.

ABŞ-nin Norveçdəki səfirliyi hələlik vəziyyətlə bağlı şərh verməyib.

 

Избранный
3
2
cebheinfo.az

3Источники