RU

Avtomobilə silahlı hücum: Ölən və yaralılar var FOTO

Türkiyənin Ədirnə bölgəsinin Keşan rayonunda park edilmiş avtomobilə atəş açılıb. Hadisə zamanı 26 yaşlı Mehmet Emin Serhat həyatını itirib, biri ağır olmaqla 2 nəfər yaralanıb. 

News24.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saat 04:00 radələrində baş verib. Naməlum şəxs tapança ilə içərisində adamların olduğu 22 HC 116 dövlət nömrə nişanlı avtomobilə atəş açıb.

Hadisə ilə bağlı polisin araşdırması davam edir.

Ağa Dadaşzadə

Избранный
14
1
news24.az

2Источники