RU

Rusiyadan Ukraynanın mülki əhalisinə xəbərdarlıq: “Vuracağıq”

Rusiya hərbçiləri Ukraynanın mülki əhalisinin “Oreşnik” sistemi ilə zərbələr barədə xəbərdar edilməsinin detallarını işləyəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

“Şübhəsiz ki, bütün detalları bizim hərbçilər diqqətlə işləyib hazırlayacaq və bu məlumat Ukraynanın mülki əhalisinə lazımi qaydada çatdırılacaq”, - Kremlin nümayəndəsi belə deyib.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın dünən Ukrayna şəhərlərinə qarşı həyata keçirdiyi hava hücumlarında bu raketdən istifadə edildiyi açıqlanmışdı.


Müəllif: Qənirə Süleymanova
Избранный
12
teleqraf.com

1Источники