RU

Şirvanda Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

Şirvan şəhərində Yeni Azərbaycan Partiyasının (YAP) 32-ci ildönümünə həsr olunmuş konfrans keçirilib.

Tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlqar Abbasov, partiya veteranları və ŞİH əməkdaşları, ərazi partiya təşkilatlarının sədrləri, şəhid ailələri və qazilər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla anıblar.
Sonra Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib. Konfrans iştirakçıları daha sonra YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndərin büstü önünə gül dəstələri qoyublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Yeni Azərbaycan Partiyasının tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Giriş nitqi ilə çıxış edən Zahir Qəhrəmanov YAP-ın yaradılmasının Azərbaycanın ictimai-siyasi həyatında yeni bir dövrün başlanğıcı olduğunu vurğulayıb. O bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti nəticəsində yaradılan Yeni Azərbaycan Partiyası ötən 32 il ərzində zəngin və şərəfli bir inkişaf yolu keçmiş, ölkənin siyasi, iqtisadi və demokratik inkişafında mühüm rol oynamışdır. Partiyanın sıralarında 700 mindən çox fəal və intellektual vətənpərvərin birləşdiyini qeyd edən Zahir Qəhrəmanov, YAP Şirvan şəhər təşkilatının son iki il ərzindəki fəaliyyəti haqqında da ətraflı məlumat verib.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxışında YAP-ın həm Azərbaycanda, həm də Cənubi Qafqazda güclü bir siyasi təşkilata çevrildiyini vurğulayıb. İ.Abbasov qeyd edib ki, partiyanın yaradılması xalqımızın tarixi inkişafında mühüm bir mərhələdir. İlqar Abbasov, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfrasına Azərbaycanın ev sahibliyi etməsi ilə bağlı qərarını ölkəmizə göstərilən böyük etimadın sübutu kimi dəyərləndirib. O, YAP-ın 32-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Daha sonra YAP Şirvan şəhər təşkilatının veteranı Nəriman Şahbazov, müxtəlif ərazi partiya təşkilatlarının sədrləri, eləcə də şəhid anası Sevinc Hümbətova və 44 günlük Vətən müharibəsi qazisi Elvin Abbasov çıxış ediblər. Onlar Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın yüksəlişi və xalqın rifahı üçün göstərdiyi əvəzsiz xidmətlərdən danışıb.
Tədbirdə partiyanın ictimai-siyasi həyatında fəallığı ilə seçilən bir qrup üzv Fəxri Fərman və hədiyyələrlə təltif olunub. Sonda yubiley yaşlarını qeyd edən ərazi partiya təşkilatlarının sədrlərinə və müavinlərinə hədiyyələr təqdim edilib.

Избранный
42
sesqazeti.az

1Источники