RU

Almaniyalı nazir: Putin Avropanı parçalamaqla buranı miqrant axını ilə üz-üzə qoymağa çalışır

“Rusiya prezidenti təkcə Ukraynaya hücum etməyib. O, hazırda Avropa ölkələrinə hibrid müharibə elan etməklə, bizi kiberhücumlara məruz qoyur”.

APA xəbər veriri ki bunu COP29 çərçivəsində baş tutan mətbuat konfransında Almaniyanın Xarici İşlər Naziri Annalena Berbok deyib.

O əlavə edib ki, Rusiya bu hücumları quruda olduğu kimi Avropanın ümumi hava məkanında da davam etdirir:

"Putin Avropanı parçalamaqla buranın çoxsaylı miqrant axını ilə üz-üzə qalmasına çalışır, hibrid müharibə aparır. Biz kibertəhlükəsizlik hücumları ilə üzləşirik. Biz böyük səhvlər etdik, çünki əvvəlcədən bunu qiymətləndirməliydik. Putin bu dəhşətli müharibəni dayandırana qədər Avropada sülhün qorunması üçün Ukraynanın özünü müdafiə etməsini dəstəkləmək lazımdır”.

Избранный
20
2
apa.az

3Источники