RU

Fransadan Türkiyə limanlarına 2 milyon tondan çox yük daşınıb

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Fransadan Türk limanlarına2 milyon 679 min 335 ton yük daşınıb.

Trendxəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastrukturNazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyəbayrağı altında üzən gəmilər Fransadan Türkiyə limanlarına 931 min743 ton yük daşıyıb.

“Bu ilin yanvar-oktyabr aylarında Fransadan Türkiyəyə digərdövlətlərin bayrağı altında üzən gəmilərlə 1 milyon 747 min 592 tonyük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzindəFransadan Türkiyəyə Fransadan bayrağı altında gəmi üzməyib.

2024-cü ilin yanvar-oktyabr aylarında Fransadan Türkiyəlimanlarına 61 min 905 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin oktyabr ayında Türkiyə limanları 30milyon 655 min 349 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxililimanlara yük qəbulu 2 milyon 474 min 937 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altındagəmilərlə yük daşınması 30 milyon 180 min 412 ton olub”, – deyənazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin oktyabr ayında Türkiyəlimanlarından 5 milyon 742 min 347 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- oktyabraylarında Türkiyə limanları 331 milyon 349 min 368 ton yük qəbuledib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 25 milyon 93 min787 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərləisə Türkiyə limanlarına yükdaşımalar 306 milyon 255 min 581 tontəşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-oktyabr aylarındaTürkiyə limanlarından 57 milyon 567 min 755 ton transit yükdaşınıb.

Qeyd edək ki, bu ilin oktyabr ayında Türkiyə limanları 5 min 396gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrinbayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 451, Türkiyəbayrağı altında qəbul edilən gəmilərin sayı isə min 945 olub.

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyə limanları 51 min713 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul ediləndigər ölkələrin bayraqları altında olan gəmilər 33 min 584, Türkiyəbayrağı altında olan gəmilər isə 18 min 129 olub”, – deyənazirlikdən bildirilib.

Избранный
28
40
az.trend.az

10Источники