RU

“Şəki ilə ABŞ şəhəri arasında oxşarlıq tapmaq mümkündür”

“Şəki ilə bu şəhər arasında oxşarlıqlar tapmaq mümkündür. Məsələn, hər ikisində dağ təbiəti var”.

Futbolinfo.az xəbər verir ki, bunu “Şəki”nin ABŞ-dən olan basketbolçusu Aleks Koldvell klubun mətbuat xidmətinə müsahibəsində deyib.

O, ölkəsindəki Cənubi Karolina ştatının mərkəzi olan Kolumbiya şəhərini Şəki ilə müqayisə də edib:

“Yaşadığım şəhərlə Şəki arasında çox fərqlər var. Xüsusən bu fərq dəniz baxımındandır (Kolumbiya Atlantik okeanının sahilində yerləşir). Bu mənim fikrimdir. Ancaq Kolumbiya da böyük şəhər deyil”.

Oyunçu Azərbaycan Basketbol Liqasının ilk üç turunda 2 qələbə və 1 məğlubiyyət əldə etmələrinə toxunub:

“Biz uşaqlarla danışmışdıq ki, ən çox müdafiə barədə düşünməliyik. İlk 2 turdan sonra bu qənaətə gəldik ki, müdafiə planında problem var. Bakıda uduzduğumuz matç bizə “soyuq duş” təsiri bağışladı. Bu səbəbdən də sonuncu turda müdafiə baxımından daha yaxşı çıxış etdik”.

Aleks Koldvell öz çıxışının da hələlik pis alınmadığını bildirib:

“Performansımı burada göstərə bilirəm. Sonuncu oyunda əlimizə çoxlu xal toplamaq üçün yaxşı fürsət düşmüşdü. Mən də bu şansdan yararlandım”.

Daha əvvəl Albaniyanın “Beselidya” klubunda çıxış edən basketbolçu iki ölkənin liqalarını müqayisə etmək istəmədiyini söyləyib:

“Ancaq deyə bilərəm ki, sabiq komandamda çox yaxşı yerlərdə oynamış basketbolçular var idi. Məncə, liqa önəm daşımır. Əsas komandaların tərkibində yer alan oyunçuların səviyyəsidir”.

Избранный
22
2
futbolinfo.az

3Источники