RU

Sürücülər maşından imtina edib avtobusla gedəcəklər

Azərbaycanda yerli istehsal avtobusların satışı və ehtiyat hissələrinin idxalı ƏDV-dən azad ediləcək.

Bu, Vergi Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı layihəsində öz əksini tapıb.

Sənədə əsasən, Azərbaycan ərazisində istehsal olunan avtobusların satışı, habelə müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında hüquqi şəxslər tərəfindən istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalı gələn il yanvarın 1-dən 8 il müddətinə ƏDV-dən azad edilir.

Nəqliyyat eksperti Eldəniz Cəfərov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, ölkəmizdə istehsal olunan avtobusların ƏDV dən azad olunması nəqliyyat sektoruna müsbət təsir edəcək:

“Avtobuslar yalnız Bakıda  ictimai nəqliyyatda deyil, həm də şəhərlərarası və bölgələrarası fəaliyyət göstərir. Yerli avtobus istehsalı artıq Gəncə şəhərində aparılır. Bundan sonra avtobus istehsalı daha da sürətlənəcək. 

Çinin məşhur BYD şirkəti ölkəmizdə elektobuslar istehsal edəcək. Belə olan halda ölkəmizdə avtobusların sayı artması səbəbindən interval qısalacaq".  

O bildirib ki, uctimai nəqliyyata təlabat çoxalacaq: "Həm də şəxsi avtomobillərdən istifadə edən sürücülərin sayı azala bilər”.

Избранный
16
cebheinfo.az

1Источники