RU

Gəncədə Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, partiyanın Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, ərazi partiya təşkilatlarının sədrləri, ziyalılar, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Dahi Liderin əziz xatirəsini dərin hörmət və ehtiramla anıblar.
Daha sonra tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Ardınca YAP-ın yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri açıq elan edən YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov çıxışında partiyanın Ulu Öndər Heydər Əliyevin quruculuğu ilə yaranaraq qısa müddət ərzində ümumxalq partiyasına çevrildiyini vurğulayıb. O, YAP-ın 32 illik fəaliyyəti ərzində ölkənin ən güclü siyasi təşkilatına çevrildiyini və xalqın dəstəyi ilə bir çox uğurlara imza atdığını qeyd edib: “Ümumxalq partiyasına çevrilən, 730 mindən çox üzvü olan YAP prezident, parlament və bələdiyyə seçkilərində ardıcıl qələbələr qazanıb. Prezident, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı Zəfər partiyanın nüfuzunu daha da artırıb”.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxışında Yeni Azərbaycan Partiyasının 32 il ərzində çətin və şərəfli bir missiyanı uğurla həyata keçirdiyini bildirib. O, YAP-ın Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətini və Prezident İlham Əliyevin yenilikçi siyasətinə dəstəyini nümayiş etdirdiyini vurğulayıb.
Gəncə Tibb Kollecinin direktoru, əməkdar həkim Mehman Rzayev isə qeyd edib ki, YAP-ın bütün uğurlarının əsasında xalqın inamı və bu inamdan doğan dəstək dayanır. Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının və tərəqqisinin əsası qoyulub. Ölkənin son illərdə əldə etdiyi nailiyyətlər partiyanın fəaliyyəti ilə birbaşa bağlıdır.
Gəncə Dövlət Universitetinin Gənclər təşkilatının sədri Aysu Mustafayeva isə Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın cəmiyyətdə böyük etimad qazandığını vurğulayıb. O, YAP sıralarında olan gənclərin milli tərəqqiyə mühüm töhfələr verdiyini və gələcəkdə də bu missiyanı layiqincə yerinə yetirəcəklərini bildirib.
Tədbirdə şəhərin ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə “Təşəkkürnamə”, YAP sıralarına yeni qəbul edilmiş gənclərə isə üzvlük vəsiqələri təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşıb.

Избранный
8
1
sesqazeti.az

2Источники