RU

“Prezident güc vasitəsilə sülhə nail olacaq” - Trampın sözçüsü Putinin təhdidinə cavab verdi

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp dünyada sülhü bərqərar etməyə çalışacaq, lakin Amerikanın gücünə arxalanmaqla.

“AzPolitika” xəbər verir ki, bunu Donald Trampın seçki qərargahının mətbuat katibi Karolin Leavitt Rusiyanın TASS agentliyinin müxbirinə açıqlamasında Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı Qərb ölkələrinə son xəbərdarlığına münasibət bildirərkən deyib.

O deyib ki, Tramp “güc vasitəsilə sülhə nail olacaq”: “Amerika xalqı Trampı yenidən prezident seçdi, çünki onun ölkəyə rəhbərlik edə biləcəyinə və dünyada sülhü güc yolu ilə bərpa edə biləcəyinə inanır. O, Ağ Evə qayıdanda bunun üçün lazımi tədbirləri görəcək”.

Qeyd edək ki, çoxları Trampın Cozef Baydenin Ukraynaya Rusiya ərazilərini ABŞ raketlərilə vurmasına dair qərarının əleyhinə çıxacağını iddia edirdi. Lakin bu baş vermədi və Trampın sözçüsü bu gün “güc yolu ilə sülhə nail olunacaq” deyir…

“AzPolitika.info” 

Избранный
29
1
azpolitika.info

2Источники