RU

Ətrafındakılardan kimlər Putini daha böyük eskalasiyaya sövq edir?

Yazını böyüt
Yazını kiçilt

Rusiya lideri Vladimir Putini Kiriyenko və Patruşev qitələrarası ballistikadan zərbələr endirməyə və gərginliyin dərəcəsini artırmağa sövq edir.

Hafta.az “TSN”-ə istinadla xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.

Onun sözlərinə görə, Putin Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko və Rusiya Təhlükəsizlik Şurasının keçmiş katibi, FTX-nin sabiq rəhbəri Nikolay Patruşev Putini daha böyük eskalasiyaya sövq edir. Onların hər birinin öz məqsədləri var. Məsələn, bütün informasiya əməliyyatlarına cavabdeh olan Kiriyenko daxili və regional siyasətin zirvəsinə çevrilməyə çalışır. Amma hərarətin artırılması Rusiyanı tədricən KXDR-ə çevirəcək. Və bu ölkələrin hər ikisinə qarşı sərt tədbirlər, təcrid lazım gələcəkdir”, - deyə DQMM rəhbəri qeyd edib.

Bundan əvvəl politoloq Vadim Denisenko da Putinin çevrəsində nüvə zərbəsindən faydalanacaq bir qrup adamın mütləq olduğunu, o halda onların prezidenti bunkerdə təcrid edə biləcəklərini irəli sürmüşdü. Denisenkonun sözlərinə görə, bu qrupa Sergey Kiriyenko rəhbərlik edir.

Xatırladılır ki, noyabrın 21-də səhər saatlarında Rusiya ordusu Dnepr şəhərinə raket hücumu həyata keçirib. Ukrayna prezidenti Vladimir Zelenski noyabrın 21-də səhər Rusiya Federasiyasının yeni qitələrarası ballistik raket buraxdığını təsdiqləyib. Beləliklə, Ukrayna qitələrarası ballistik raket zərbəsi endirilən ilk ölkə olub.

Избранный
7
hafta.az

1Источники