RU

Neymar karyerasını bitirmək istədiyini etiraf etdi

“Əl-Hilal”ın hücumçusu Neymar 2023-cü ilin oktyabrında çarpaz bağın qopmasından sonra bir ildən çox yaşıl meydanlardan kənarda qalması zamanı keçirdiyi hisslərdən danışıb.

Fanat.Az xəbər verir ki, "Goal" braziliyalı ulduzun dediklərini belə təqdim edib:

"Bəzən yuxudan oyananda oynamaqdan imtina etmək istəyirdim. Etiraf edirəm ki, bu zədə məni karyeramda hər şeydən çox sarsıtdı. İlk ay çox əsəbiləşdim və depressiyaya düşdüm. Bunun ciddi və uzunmüddətli zədə olduğunu bilirdim. Oyundan kənarda qalmaq çətindir. Zədənin ilk dövrü olduqca mürəkkəbdir. Başlanğıcda yalnız ağrı hiss edirsən. Hiss etdiyim tək şey ağrı idi, sadəcə dayanmasını istəyirdim. 

Əgər ətrafınızda yaxınlarınız, ailəniz və ya dostlarınız yoxdursa, bu cür travmadan sağalmaq çətin ola bilər. Bu, həqiqətən, zehninizi və bədəninizi məhv edir.

Artıq 20 yaşım yoxdur, bu baş verəndə 31 yaşım var idi. Dostlarımın və ailəmin yanında olduğum üçün çox minnətdaram. Övladlarım məni hər gün motivasiya edirlər".

Qeyd edək ki, Neymar son olaraq Asiya Çempionlar Liqasında "İstiqlal"la oyunda zədələnib və ayyarımlıq sıradan çıxıb. Bundan əvvəl isə o, 2026-cı il dünya çempionatının seçmə mərhələsində Uruqvayla matçda aldığı dizindəki çarpaz bağın qopması səbəbindən bütün ili buraxıb. 

Mirağa

Избранный
5
fanat.az

1Источники