Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniya XİN başçısı Annalenna Berbokla görüşüb. Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial şəbəkə hesabında məlumat dərc olunub. Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər. “Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər.