RU

Səidə atasınından danışıb, ağladı

“Hər bir anımda atam Rafael Dadaşova ehtiyacım var. Mən hər saniyəmi onunla bölüşürdüm. Hər şeyimi atamla bölüşürdüm. Ananın da başqa yeri var. Kimsə anası na kimsə də daha çox atasına bağlı olur. Məndə bir başqa dünya idi. Mən gecələr təklikdə qalanda hər şey film kimi gözümün önümdən keçir. Elə bilirəm ki, yuxudan ayılıb deyəcəyəm ki, “Ata sənə çay süzüm”. Bu yuxudan mən ayılmaq istəmirəm. Ən gözəl yuxu da, fikir də, sevgi də, yaşamaq da budur. Özümə söz verirəm ki, kövrəlməyim, ağlamayım, çünki atam məni belə görmək istəməyib. Deyirəm ki, ata eşit məni, hər zaman mənimlə qürur duya bilərsən, necə ki qürur duya bilirdin (ağlayır)”.

OLAY yazır ki, bu sözləri müğənni Səidə Dadaşova qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi atası, mərhum Xalq artisti Rafael Dadaşovdan danışaraq göz yaşlarına boğulub.

Dadaşova xoşbəxt olduğunu bu sözlərlə ifadə edib: 

“Mən xoşbəxtəm ki, mən həm özü adımı doğrultdum, həm də atamın adını hər zaman yüksək tutdum. Mənə deyilən o gözəl sözlər ki, var... Mənə çox insanlar deyirlər ki, sizə halal olsun, atanıza layiq qızsınız, tərbiyəli, abırlı. Bu sözlər mənim üçün milyona bərabərdir. Bu günki gün xoşbəxt həm övlad, həm sənətçi, həm də Səidəyəm... Xoşbəxtəm ki, bu cəmiyyətin içində hər zaman sadə və səmimi olaraq qalıram. Məni belə də sevin, necə varamsa elə...”

Избранный
8
olay.az

1Источники