RU

Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi

Qırğızıstan Prezidenti Sadır Japarov "Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında gəlirlərə görə vergilərin ikiqat tutulmasının aradan qaldırılması, vergilərdən yayınmanın və vergitutmadan yayınmanın qarşısının alınması haqqında Saziş"in ratifikasiyası barədə qanunu imzalayıb.
BUTA.TVReport-a istinadla xəbər verir ki, sənəd Qırğızıstan Prezidentinin saytında dərc edilib. Saziş 2024-cü il aprelin 24-də Bakıda imzalanıb və oktyabrın 23-də Qırğızıstan parlamenti tərəfindən ratifikasiya edilib. Administrasiyanın məlumatına görə, sazişdə bir dövlətin rezidentlərinin digər razılığa gələn dövlətdə ayrı-seçkilik xarakterli vergilərdən qorunması; vergidən yayınmanın və sazişin müddəalarından sui-istifadənin qarşısının alınması; sazişin şərtlərinə əməl olunmasını təmin etmək üçün iki dövlətin səlahiyyətli orqanları arasında qarşılıqlı məlumat mübadiləsi nəzərdə tutulur.

Ümumilikdə saziş Azərbaycan və Qırğızıstan arasında vergi qanunvericiliyinə vahid yanaşma formalaşdırır, eləcə də Qırğızıstan iqtisadiyyatının müxtəlif sahələrinə xarici investisiyalar üçün əlverişli şərait yaradır.

Избранный
24
8
buta.tv

10Источники