RU

Bu şəxslərin yüksəkixtisaslı miqrant hesab olunması qiymətləndiriləcək

Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sisteminə təqdim olunacaq məlumatların əhatə dairəsi genişlənir.

Bakıvaxtı.az xəbər verir ki, bu Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

    Fərmana əsasən, Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar; Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar; tabeliyindəki tibb müəssisələrinə münasibətdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, digər tibb müəssisələrinə münasibətdə isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar Sistemə əlavə olunacaq.

    Eyni zamanda fərmana əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar da Sistemdə əksini tapacaq.

    Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

    Избранный
    4
    7
    bakivaxti.az

    10Источники