RU

Türkiyə Pakistanda törədilmiş terror aktını qınayıb

Türkiyə Pakistanın Hayber-Paxtunxva əyalətində noyabrın 21-də törədilmiş terror aktını qınayıb.

Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Pakistanda törədilən terror aktı ilə bağlı bu ölkəyə başsağlığı verilib, Türkiyənin terrorla mübarizədə Pakistanla əməkdaşlığını davam etdirəcəyi bildirilib.

Xatırladaq ki, Pakistanın Hayber-Paxtunxva əyalətində şiə müsəlmanları daşıyan sərnişin mikroavtobuslarına silahlı hücumda 42 nəfər həyatını itirib, 20 nəfər yaralanıb.



Избранный
7
trt.net.tr

1Источники