RU

Gürcüstanda oynayan həmyerlimiz: "Hazırda AFFA sənəd məsələlərini həll etməyə çalışır"

Gürcüstanda dünyaya gələn və hazırda da bu ölkədə çıxış edən Raul Hacıyev Sportal.az saytına danışıb.

Bir ara AFFA-nın milliləşdirərək U-19 yığma komandamıza cəlb etmək istədiyi futbolçunun millidəki debütü baş tutmamışdı. Yaxın vaxtlarda isə Gürcüstanda yaşayan həmyerlimizin yığma komandamızda oynaması reallaşa bilər. Gürcüstanda aşağı liqada “Spaeri” klubunda oynayan Raul yığmamızda çıxış etmək şanslarının olduğunu deyib:

"Sənəd məsələlərinə görə U-19 yığmasının heyətində Avropa çempionatının seçmə oyunlarında oynaya bilmədim. Hazırda AFFA və milli komandadakı məşqçilər sənəd məsələlərini həll etməyə çalışırlar. Azərbaycan pasportu alınsa, Gürcüstanda oynamağıma zərər etməyəcək. Ancaq mən Azərbaycanda oynamağı çox istəyərdim. Gürcüstan və Azərbaycanın U-19 yığmaları arasında seçim qarşısında qalmışdım. Sonda Azərbaycanı seçdim. Ancaq sənəd məsələlərinə görə öz millimizə də kömək ola bilmədim. Ümidim var ki, U-21 yığmamıza qədər sənəd məsələləri həll olunar və öz millimizdə oynayaram".

O, Azərbaycan Premyer Liqasında oynamaq niyyətində olduğunu da deyib: "Gürcüstanda olsam da, Azərbaycan çempionatının da oyunlarına baxıram. U-19 yığmasının heyətində olduğum zaman pasport məsələsi gündəmdəydi. O zaman 2-3 klubda danışıqlar gedirdi. Bu mərhələdə isə heç bir xəbər yoxdur. Hər şey pasportdan asılıdır. Mən Premyer Liqada oynamaq istəyərdim. Necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, əslən Azərbaycandan olan Raul Gürcüstanın Rustavi şəhərində dünyaya gəlib. O, ötən il U-19 yığma komandamıza cəlb edilmiş, ancaq ona yerli pasport verilmədiyindən millimizdə oynaya bilməmişdi.

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
29
1
sportal.az

2Источники