RU

"COP29 yekunlaşmaq üzrədir və biz qürurla deyə bilərik ki, 80-dən çox dövlət başçısı,hökumət nümayəndəsi bu tədbirdə iştirak etdi" POLITOLOQ

"COP29 yekunlaşmaq üzrədir və biz qürurla deyə bilərik ki, 80-dən çox dövlət başçısı,hökumət nümayəndəsi bu tədbirdə iştirak etdi" POLITOLOQFransa ilə Azərbaycan arasında münasibətlər getdikcə pisləşir. Bunun əsas səbəbi rəsmi Parisin Bakı və bütövlükdə Cənubi Qafqazla bağlı riyakar mövqeyidir. Bu riyakarlığın ən bariz nümunələrindən biri kimi Yelisey sarayının Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29), daha doğrusu, Azərbaycanın ev sahibliyinə kölgə salmaq cəhdidir.

Bəs görəsən Fransanın bu cəhdlərinin nəticəsi nə oldu?

Mövzu ilə bağlı politoloq İlyas Hüseynov Sonxeber.az – a açıqlama verib:

"Fransanın Azərbaycana qarşı qərəzli münasibəti və düşmənçiliyi davam edir. Bu xüsusda Fransanın ölkəmiz əleyhinə addımları müxtəlif müstəvidə özünü göstərməkdədir. Bu xüsusda COP29 kimi dünyanın vacib iqlim dəyişmələri ilə bağlı məsələlərin müzakirə olunduğu bir tədbiri boykot etmək, əleyhinə çıxış etmək, ölkəmizin bütün nüfuzunu, rolunu aşağı salmaq üçün addımları da qəbuledilməzdir. Eyni zamanda burda media vasitələrindən, hibrid üsullardan və metodlardan istifadə olunur. Təəssüflər olsun ki, müxtəlif şəxslər də bu təsirin altına düşməkdədir. Lakin bütün bunlara baxmayaraq Azərbaycan çox böyük uğurla bu tədbirə ev sahibliyi edir. COP29 artıq yekunlaşmaq üzrədir və biz qürurla deyə bilərik ki, 80-dən artıq dövlət başçısı, hökumət nümayəndələri bu tədbirdə iştirak etdi. Təqribən 75 min iştirakçı dünyada iqlim dəyişiklikləri, qlobal istiləşmə, su ehtiyyatlarının bərabər paylanılması, atmosferə buraxılan karbon qazının həcminin azaldılması ilə bağlı çox mühim fikirlər söylədilər. Eyni zamanda dövlətlər öz texnologiyaları sayəsində əldə etdikləri uğur və nailiyyətləri də bölüşmək imkanı əldə etdilər. Bu böyük bir tədbirdir və mən bu tədbirin iştirakçısı kimi ölkəmizin böyük uğura imza atdığını əminliklə söyləyə bilərəm. Fransanın bu cür cılız addımları şübhəsiz ki, fiyaskoya uğradı. Onların digər məkrli və çirkin təşəbbüsləri kimi bu təşəbbüsləri də heç bir nəticə vermədi".

Çiçək Sadatova

Избранный
23
sonxeber.az

1Источники