RU

“Yaşayış tərzi dəyişdikcə, toy adətləri də dəyişəcək” - Sosioloq rəyi

Son dövrlər ölkəmizdə keçmişdə edilən toy adət-ənənələrinin sıradan çıxdığını, yeni adətlərin edildiyinin şahidi oluruq.

Nənələrimiz demişkən: “Bizim vaxtımızda belə şey yox idi”.

Maraqlıdır, qədim zamanlardan gələn adətlər niyə tarixə qovuşur? Buna səbəb nədir? 

Bu barədə Hit.az-ın əməkdaşının sualına sosioloq Lalə Qarayeva cavab verib.

O, Azərbaycanda toy adət-ənənələrinin dəyişməsinin, bir sıra sosial, mədəni, iqtisadi və digər amillərin təsiri ilə baş verdiyini açıqlayıb:

“Son illərdə Azərbaycanın böyük şəhərlərində (xüsusilə Bakı və Sumqayıt kimi şəhərlərdə) urbanizasiya prosesi sürətlə inkişaf edib. Şəhərlərdə yaşayan gənclər, kəndlərdəki ənənələrlə müqayisədə daha fərdi, müasir və qlobal standartlara uyğun toylara üstünlük verirlər. Kənddəki ənənəvi toyların daha böyük və daha kollektiv bir atmosferi olsa da, şəhərlərdə toylarda kiçik və daha sadə mərasimlərə üstünlük verilir.

Azərbaycanın qloballaşan dünyada yeri artdıqca, dünyanın digər ölkələrindən (xüsusilə Qərb ölkələrindən) gələn toy mədəniyyətinə təsirlər artıb. Məsələn, qərb ölkələrində populyar olan "destination wedding" (tətil bölgələrində, xaricdə keçirilən toylar) və ya "intim" (kiçik və sadə) toy anlayışları Azərbaycanda da maraqla qarşılanır. Bu da toy ənənələrinə yeni yanaşmaların gətirilməsinə səbəb olur. 

Digər bir səbəb isə toy xərclərinin maksimum səviyyəyə qədər qaldırılmasıdır. Lüks restoranlar, böyük saloonlar, yüksək qiymətə başa gələn toy geyimləri və digər detallara olan tələbat, bəzi cütlükləri daha sadə və daha az maliyyə yükü olan mərasimlərə yönəldir. Bəzi insanlar artıq toyu sadələşdirərək, məclis iştirakçı sayını azaldaraq ,  xərcləri daha da aşağı salaraq, keçirməyə meyllidir”.

Murad

Избранный
48
50
hit.az

10Источники