RU

“Bakcell”in təşkilatçılığı ilə “Süni İntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsi keçirilib (FOTO)

Bakı. Trend:

İnnovasiya və sürət lideri “Bakcell”in təşkilatçılığı ilə “Süniİntellektlə Dayanıqlılıq” mövzusunda panel müzakirəsikeçirilib.

Tədbirə spiker qismində “Bakcell”in Marketinq direktoru ElxanSadıqzadə, “PwC Azərbaycan”ın Məsləhət xidmətləri departamentininrəhbəri Fərid Qattal və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyininİnnovasiyalar üzrə rəhbəri Evgeniya Bikmurzina qatılıblar.Müzakirələr “Bakcell”in Korporativ kommunikasiyalar vəictimaiyyətlə əlaqələr üzrə direktoru Aysel Süleymanovanınmoderatorluğu ilə baş tutub.

Tədbirin keçirilməsində məqsəd süni intellekt və innovativtexnologiyaların dayanıqlı inkişaf hədəflərinə çatmaqda oynadığımühüm rolu, eləcə də yaşıl texnologiyalara keçidin ətraf mühit vəiqtisadiyyat üçün yaratdığı perspektivləri müzakirə etmək olub.İştirakçılar qeyd ediblər ki, süni intellekt əsaslı yenitexnologiyalar resurslardan daha səmərəli istifadəyə, həmçininiqlim dəyişikliyi ilə mübarizədə yeni yanaşmalar tətbiq etməyəimkan verir. Vurğulanıb ki, süni intellektin tətbiqiningenişlənməsi ekoloji və iqtisadi dayanıqlığı gücləndirərək dahayaşıl və dayanıqlı gələcəyin qurulmasına önəmli töhfə verəcək.

İnteraktiv formada təşkil olunan panel müzakirəsi sual-cavabsessiyası ilə davam edib.

Tədbir “Bakcell”in dayanıqlı inkişaf hədəflərinə çatmaq və yaşıltexnologiyalar vasitəsilə iqtisadi inkişafa töhfə verməkistiqamətində öhdəliyinə sadiqliyini göstərir.

“Bakcell” haqqında

“Bakcell” Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda ”Bakcell” üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.Şirkət süni intellektə əsaslanan innovasiyalar və həllər vasitəsiləAzərbaycanın davamlı inkişafına töhfə verir və Azərbaycaniqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarındanbiridir.

“Bakcell” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOLHolding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

“Bakcell”in
“Bakcell”in
Избранный
24
45
az.trend.az

10Источники