Mətbuat katibinin qızı YÖS imtahanında I oldu – Foto
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri (ASAN Xidmətin mətbuat katibi) Elnur Niftəliyevin qızı Gülcan Niftəli YÖS (Türkiye Yurt Dışından Öğrenci Kabul Sınavı) imtahanında 9 min 813 nəfər arasında birinci olub. Yeniavaz.com xəbər verir ki, bu barədə E. Niftəliyevin özü sosial şəbəkə hesabında məlumat dərc edib. “Bunu yazarkən keçirdiyim xoş hissləri, yaşadığım qüruru sözlərlə ifadə etmək mümkünsüzdür. İllərlə çəkilən zəhmət hər zaman bəhrə verir. Necə ki, Gülcan qızım bunu ən yüksək səviyyədə sübut etdi. İnşallah arzuladığın kimi xalqımıza, dövlətimizə layiqli kadr, həkim olacağına da inamım sonsuzdur”, - deyə E. Niftəliyev bildirib. Qeyd edək ki, G. Niftəli riyaziyyat və məntiqdən ümumilikdə 80 sualın (40/40) hamısına düz cavab verib.