RU

Ceyhun Bayramov almaniyalı həmkarı ilə görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Almaniya XİN başçısı Annalenna Berbokla görüşüb.

Korrespondent.az XİN-ə istinadən xəbər verir ki, tərəflər ikitərəfli və çoxtərəfli gündəliyi, həmçinin COP29 çərçivəsində davam edən danışıqları müzakirə ediblər.

Nazirlər həmçinin regionda münaqişədən sonrakı vəziyyəti, Azərbaycan-Ermənistan normallaşma prosesinin hazırkı vəziyyətini, eləcə də sülh prosesində mövcud problemləri müzakirə ediblər.

Nazir Ceyhun Bayramov Azərbaycana qarşı koordinasiya edilmiş qərəzli və əsassız qarayaxma kampaniyasından narahatlığını bir daha vurğulayaraq, Azərbaycanın mövqeyini diqqətə çatdırıb.

Избранный
9
19
korrespondent.az

10Источники