RU

Azərbaycanlılar süni intellektin imkanlarından necə istifadə edir?

"Bir sıra dövlət qurumları da öz daxili proseslərində süni intellektdən istifadə edirlər"

 
Süni intellekt iş əmsalının artırılmasında, istehsalatda vaxta, enerji resurslarına və büdcə vəsaitlərinə qənaət etmə və sair baxımdan əvəzolunmaz texnologiyadır. Süni intellekt inkişaf etmiş ölkələr başda olmaqla dünyada geniş tətbiq olunur.
 
Bu sahədə kifayət qədər uğurlu beynəlxalq təcrübə mövcuddur və bizə qalan ondan yararlanmaqdır.  Dünyadakı müasir trendlərdən kənar qalmayan Azərbaycan üçün bu texnologiyaların inkişaf etdirilməsi vacibdir. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən “İNMerge İnnovasiya Sammiti”ndə çıxışı zamanı universitetlərin 70 faizində süni intellekt tədris olunacağını bildirmişdi. Nazir rəqəmsal texnologiyalar üzərində çalışmaların davam etdiyini qeyd edərək dövlətin də bu sahənin inkişafında maraqlı olduğuna diqqət çəkmişdir.
 
Bəs görəsən bu istiqamətdə Azərbaycanda real vəziyyət necədir? Azərbaycanlılar süni intellektin imkanlarından necə istifadə edir? 
 
Mövzu ilə bağlı İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə ekspert Elvin Abbasov Moderator.az-a danışıb: 
 
“Dünyada süni intellekt barəsində müxtəlif yeni imkanlar var və bu, sürətlə tərəqqi edən bir sahədir. Hər gün yeni modellərlə rastlaşırıq. Süni intellekt kifayət qədər geniş imkanlara malikdir. Azərbaycanda da artıq bu ilin əvvəlindən süni intellekt istiqamətində iki dövlət qurumunda işlər gedir. Təbii ki, bu istiqamətdə fərdi təşəbbüskarlar, şirkətlər də var. Ölkədə dövlət sektorunda neçə illərdir işləyən, İT və süni intellekt laboratoriyaları və Dördüncü Sənaye İnqilabı Koordinasiya Mərkəzi var. 
 
Dördüncü Sənaye İnqilabı müxtəlif istiqamətlərdə süni intellekti inkişaf etdirdiyini bəyan edir. Amma, təbii ki, hələ ortada bir platforma yoxdur. Bu da başadüşüləndir ki, bu, müəyyən qədər vaxtaparan bir işdir. Amma ümid edirik ki, Azərbaycanda da yaxın gələcəkdə dövlət istiqamətində süni intellektin inkişafı ilə bağlı müəyyən nəticələr əldə edəcəyik. Təbii ki, bu istiqamətdə özəl sektor daha qabaqdadır. Özəl şirkətlər ortaya müxtəlif layihələr qoyub. Müxtəlif çatbotlar öz fəaliyyətləri istiqamətində yaratdıqları tətbiqlərlə süni intellekti kiçik də olsa istifadə edirlər. Bir sıra dövlət qurumları da öz daxili proseslərində süni intellektdən istifadə edirlər. Bunlardan biri "Azərkosmos"dur. Amma ümumi istifadəyə açılan layihə, təəssüf ki, hələ yoxdur”.
Избранный
19
moderator.az

1Источники