RU

Sahilyanı ekosistemləri qorumaq biomüxtəlifliyin inkişafı üçün mühümdür - CGIAR

Sahilyanı ekosistemlərin qorunması Azərbaycanda biomüxtəlifliyin inkişafı üçün mühüm əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Məsləhət Qrupunun (CGIAR) rəsmisi Katerine Leitzel bildirib.

Onun sözlərinə görə, Azərbaycanda Xəzər dənizi sahili boyunca biomüxtəlifliyin qorunması istiqamətində həyata keçirilən tədbirlər sahilyanı ekosistemlərin davamlı inkişafına mühüm töhfə verə bilər: "Uğurlu strategiyalar və layihə təcrübələri geniş miqyaslı tədbirlərə təkan verə, ekosistemlərin qorunması ilə bağlı sinerji effektini gücləndirə bilər".

Qonaq qeyd edib ki, manqrov meşələri, duzlu bataqlıqlar və dəniz otlaqları kimi ekosistemlər yalnız biomüxtəliflik üçün vacib mərkəzlər deyil, həm də sahil icmalarının davamlılığını artırmaq, iqlim dəyişikliyinə uyğunlaşmanı dəstəkləmək və atmosferdən karbon dioksidin çıxarılması üçün əsas vasitələrdir.

K.Leitzell vurğulayıb ki, bu ekosistemlərin mühafizəsi və bərpası yalnız təbiətin qorunması üçün deyil, həm də milyonlarla insanın qida təhlükəsizliyini təmin etmək, sağlamlıq və iqtisadi faydalar yaratmaq baxımından mühüm əhəmiyyət kəsb edir: "Karbonla zəngin ekosistemlərin davamlı idarə olunması üçün uzunmüddətli strategiyalar və yerli icmalarla sıx əməkdaşlıq vacibdir. Bu prosesdə icmaların ehtiyacları və tövsiyələri əsas prioritet olmalıdır".

O, həmçinin sahilyanı ekosistemlərin qorunması və bərpası üçün çoxfunksiyalı məkan planlamasının əhəmiyyətini vurğulayıb: "Torpaq və okean istifadəsinin inteqrasiya olunmuş yanaşması bilik, maliyyə və bütün idarəetmə səviyyələrində əməkdaşlıq tələb edir. İqlim, biomüxtəliflik və insan rifahını dəstəkləmək üçün daha geniş və koordinasiyalı qlobal fəaliyyətə ehtiyac var".

Избранный
23
bakivaxti.az

1Источники