RU

Peskov: "Putin "sülh trayektoriyası"na giriş üçün təmaslara açıqdır"

"Rusiya Prezidenti Vladimir Putin "sülh trayektoriyası"na girmək və Ukraynadakı münaqişənin gərginliyini azaltmaq üçün istənilən təmaslara açıq olduğunu vurğulayıb".

Sitat.info TASS-a istinadən xəbər verir ki,  bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Dünənki bəyanatında prezident həm gərginliyin azaldılması, həm eskalasiyanın artmasının qarşısının alınması, həm də "sülh trayektoriyası"na daxil olmaq üçün hər cür təmaslara hazır olduğunu vurğulayıb. Prezident təmaslara açıq olub, indi də açıqdır və bu mövzu bu günə qədər də aktualdır, bu barədə dövlət başçısı özü deyib", - deyə Peskov bildirib.

Избранный
12
2
sitat.info

2Источники