RU

"Modern Construction Group"dan mayanın böyük hissəsi geri götürüldü - YENİLƏNİB

 

17:35 - "Modern Construction Group" QSC 2-ci dəfə bildiriş dərc edib.

Şirkət bu bildirişində nizamnamə kapitalının 2 milyon 780 min manata azaldığını elan edib. Belə çıxır ki, şirkətin nizamnamə kapitalı 1 milyon 899 min manat azaldılıb.

XXX

11:43 - "Modern Construction Group" QSC-nin nizamnamə kapitalı 1 milyon 639 min manat azaldılıb. 

Marja.az Şirkətin Bildirişinə istinadən xəbər verir ki,  "Modern Construction Group" QSC nizamnamə kapitalının 3 milyon 40 min manata azaldığını elan edib.

Şirkət 4 milyon 679 min manat nizamnamə kapitalına malik idi. 

"Modern Construction Group" QSC obyektlərin tikintisi fəaliyyətilə məşğul olur. 2002-ci ildə dövlət qeydiyyatına alınmış şirkətin qanuni təmsilçisi Quliyev Arif Avtandil oğludur. Şirkətin hüquqi ünvanı AZ1052, Bakı şəhəri Nərimanov rayonu, Əhməd Rəcəbli, ev.25 B, m.5-ci mərtəbədir.

Quliyev Arif Avtandil Modern Construction Group
Избранный
3
1
marja.az

2Источники