Türkiyənin 3-cü liqa komandalarından biri olan "Çorluspor 1947"nin məşqçisi Ersin Aka silahlı hücumda həyatını itirib. Polis qaçan hücumçunu tutmaq üçün əməliyyata başlayıb. Hadisə saat 15:00 radələrində Mühittin Mahallesi Adnan Qəhvəçi küçəsində baş verib. Türkiyənin 3-cü Liqa komandalarından olan "Çorluspor 1947"nin məşqçisi Ersin Aka gəzinti zamanı naməlum şəxsin hücumuna məruz qalıb.
Hücum edənin tapançasından atılan güllədən qanlar içində yerə yıxılan Aka ağır yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb. Xəbər üzərinə gələn sağlamlıq qrupları tərəfindən Aka Çorlu Dövlət Xəstəxanasına aparılıb. Həkimlərin bütün müdaxiləsinə baxmayaraq Akanı xilas etmək mümkün olmayıb.
Polis hadisə yerində ətraflı araşdırma aparıb. Silahlı hücumu həyata keçirən şəxsin tutulması istiqamətində işlər davam etdirilir.