RU

Bu şirkət smartfon bazarındaliderdir

"Apple" ABŞ smartfon bazarında lider mövqeyini qoruyub.

Redaktor.az xəbər verir ki, bu barədə "Counterpoint Research" (CR) şirkətinin hesabatında deyilib.

Araşdırmaya görə, "Apple" 2024-cü ilin üçüncü rübündə 53 faiz paya sahib olub. Beləliklə, şirkət daxili bazarın yarıdan çoxunu tutub. İkinci yeri 23 faiz payla Koreyanın "Samsung" şirkəti tutub. Üçüncü yerdə 14 faiz pay isə Çinin "Lenovo" şirkətinə düşüb.

Qeyd olunub ki, 2024-cü ilin ikinci rübündə güc balansı eynidir, yalnız "Apple" üç ay ərzində payını 1 faiz artırıb, "Samsung" isə 1 faiz itirib. ABŞ-də ümumi smartfon satışları zəif tələb səbəbindən dövr ərzində 6 faiz azalıb.

İl ərzində “Apple” smartfonlarının tədarükü 5 faiz, “Samsung”un tədarükü isə 13 faiz azalıb. "Lenovo"nun bir hissəsi olan "Motorola"dan tədarüklər isə il ərzində 21 faiz artıb.

Sevinc İBRAHİMZADƏ

Избранный
18
redaktor.az

1Источники