RU

Qadınlara dair paylaşım edən cərrah: “Ayıb, biabırçı kimi şərhlər...”

Bir müddətdir ki, sosial şəbəkələrdə estetik cərrahlar, onların sosial şəbəkə vasitəsilə paylaşımları müzakirə mövzusuna çevrilib. Bəziləri iddia edir ki, əməliyyat olunan xanımların çılpaq bədənlərini paylaşmaq düzgün deyil, hətta biabırçı əməldir.

Bu paylaşımlar pasiyentlər arasında narahatlıq yaradırmı? Həkimlər öncədən onlardan icazə almalıdırmı?

Plastik cərrah Dilqəm Məhərrəmov mövzuya aydınlıq gətirib:

“Tibbi nəticələrin düzgün paylaşımı bir neçə məsələni özündə birləşdirməlidir. İlk növbədə, əməliyyat olunan pasiyentdən icazə alınmalıdır. İkinci məqam fotoların çəkilişi ilə bağlıdır. Pasiyentin şəkilləri göy və ya qara fonda eyni fotoaparatla, bərabər məsafə, rakurslarda çəkilməlidir.

Paylaşımlarda, adətən, əməliyyatdan bir neçə ay sonrakı şəkillər, daha yaxşı halda isə 1 il keçdikdən sonra çəkilən görüntülər paylaşılmalıdır”.

Estetik cərrah qeyd edib ki, belə paylaşımlara edilən bəzi şərhlər doğru deyil:

“Cərrahi müdaxilədən dərhal sonra əməliyyat masası üzərində çəkilib paylaşılan ilkin nəticələr aldadıcı ola bilər. Digər həssas məqam intim bölgələrin lazimi qaydada bağlanılması ilə əlaqədardır. Paylaşım üçün çəkilən şəkillərin redaktəsində xüsusi proqramlardan istifadə etmək yolverilməz bir haldır.

Postlar tibbi etika qaydalarını qorumaq şərti ilə yazılmalıdır. Həmçinin, belə paylaşımlara edilən “ayıb", "biabırçı” kimi şərhlər heç də düzgün hesab olunmur”.

Aytac Şahin

Mənbə: yenisabah.az

Избранный
22
yenisabah.az

1Источники