RU

Bu əsasnamədə dəyişiklik edildi 

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin vahid miqrasiya məlumat sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, sənədə bir sıra əlavələr edilib:

"7.7-1. Yüksəkixtisaslı miqrantlar;";

"10.4-3. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı müraciətlərinə baxılmasına dair müvafiq məlumatların toplanılması, rəylərin alınması, nəticənin təqdim olunması və bu barədə məlumatların Sistemə daxil edilməsi;";

"11.4.5. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;";

"11.5.8. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;";

"11.6.4. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar;";

"11.10. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsində iştirak edən digər dövlət orqanları (qurumları) tərəfindən:

11.10.1. əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yüksəkixtisaslı miqrant hesab olunmasının qiymətləndirilməsi ilə bağlı verilmiş rəylər və əldə edilmiş məlumatlar.".

Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti bu Fərmandan irəli gələn məsələləri həll etməlidirlər.


Избранный
14
7
referans.az

10Источники