RU

Sumqayıta ləğv edilmiş reyslər bərpa olunur

Noyabrın 25-dən Azərbaycan Dəmir Yolları QSC COP29-la əlaqədar Bakı-Sumqayıt sürət elektrik qatarlarının müvəqqəti ləğv edilmiş reyslərini bərpa edəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bakı-Xırdalan-Sumqayıt-Bakı marşrutu üzrə qatarların hərəkəti 16 sentyabr 2024-cü il tarixində tətbiq olunan qrafikə uyğun təşkil ediləcək.

Belə ki, Bakı-Xırdalan-Sumqayıt-Bakı istiqaməti üzrə:

- Bakıdan saat 08:10, 17:50 və 19:05,

- Sumqayıtdan saat 07:20,

- Xırdalandan isə saat 08:40 və saat 18:20 reysləri bərpa edilir.

Избранный
7
23
hurriyyet.az

10Источники