Çin, 2023-cü ildə hər 10 min işçiyə düşən 470 sənaye robotu ilə Almaniya, Yaponiya və ABŞ-ı geridə qoyaraq, Cənubi Koreya və Sinqapurdan sonra üçüncü sıraya yüksəlib.
Valyuta.Az xəbər verir ki, Beynəlxalq Robotik Federasiyasının yayımladığı "Dünya Robotik 2024" hesabatına əsasən, Çində sənaye robotlarının sayı 2023-cü ildə hər 10 min işçiyə 470-ə çatıb.
Bu nəticə ilə Çin, istehsalat sektorunda robot sıxlığı baxımından Cənubi Koreya və Sinqapurdan sonra üçüncü sıraya yüksəlib, Almaniya, Yaponiya və ABŞ-ı geridə qoyub.
Cənubi Koreya hər 10 min işçiyə düşən 1012 sənaye robotu ilə birinci yerdə qərarlaşıb, Sinqapur isə 770 robotla ikinci sırada yer alıb. Almaniya 429 robotla dördüncü, Yaponiya 419 robotla beşinci sıraya yerləşib. ABŞ isə cəmi 295 robotla 11-ci sıraya enib.
Qlobal robot sıxlığı 2023-cü ildə hər 10 min işçiyə 162 robot təşkil edib. Bu göstərici 7 il əvvəlki 74 robotdan iki dəfədən çox artıb.
Çin ilk dəfə 2019-cu ildə bu siyahıda ilk 10-luğa daxil olub və son 4 ildə robot sıxlığını iki dəfə artıraraq diqqət mərkəzinə çevrilib.
Rəhim