RU

Rusiya-Ukrayna müharibəsi ətraf ərazilərə sıçraya bilər? — AÇIQLAMA

“Şimali Koreyanın Rusiyaya hərbi dəstəyi Qərb mətbuatında gedən mövzudur. Qərb mətbuatı bu haqda daha çox material hazırlayır. Şimali Koreya və Rusiya inkar etsə də, döyüşlər zamanı həyatını itirən və ordu sıralarından qaçıb qarşı tərəfə sığınan koreyalıların olması hər kəsə bəllidir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turan Rzayev deyib:

“Koreya həmin yardımı rəsmi səviyyədə göndərməyib. Mahiyyət etibarı ilə Şimali Koreyanın Rusiyaya göndərdiyi qüvvə ilə Avropanın Ukraynaya etdiyi yardım eynidir. Ona görə də məsələni hələki kənar qüvvənin prosesə müdaxiləsi kimi qiymətləndirmək olmaz. 

Digər tərəfdən qeyd etmək lazımdır ki, indiki zamanda müharibənin kənar qüvvələrə sıçrama ehtimalı var. Nə Rusiya, nə də Qərbin bunu edəcəyini düşünürəm. Müharibə Rusiya Ukrayna arasında gedir. Maksimum cəhdlə bu cür qalmasına çalışacaqlar. Müharibənin genişlənməsi və ətraf ərazilərə sıçraması tez-tez dilə gətirilən dünya müharibəsi riskini artırar.  Bunun olacağını düşünmürəm. Qərbə indiki məqamda Ukrayna üzərindən Rusiyayla proksi müharibə aparmaq daha çox sərf edir, nəinki birbaşa müharibəyə qoşulmaq. Bu çox yorucu və məsrəfli müharibə olar. Kənar qüvvələrin rəsmi səviyyədə müharibəyə qoşulacağını düşünmürəm". 

Əfsanə Kamal
Demokrat.az
Избранный
16
demokrat.az

1Источники