RU

Həll olunmamış məsələlərə son düzəlişlər üçün iştirakçılarla işləməyə davam edəcəyik – Yalçın Rəfiyev

Biz həll edilməmiş məsələlərə son düzəlişləri etmək üçün iştirakçılarla işləməyə davam edəcəyik.

Day.Az xəbər verir ki, bunu COP29-un baş danışıqçısı Yalçın Rəfiyev jurnalistlərə bildirib.

"Bu gün inkişaf etmiş ölkələr tərəfindən müəyyən edilmiş 250 milyard dollarlıq hədəfi də əhatə edən sadələşdirilmiş qərar layihələri paketini dərc etdik", - deyə o qeyd edib.

Onun sözlərinə görə, COP29-un balanslaşdırılmış nəticələr paketi təqdim edəcəyi gözlənilir ki, bu da iqlim dəyişikliyinin təsirlərinin yumşaldılması üzrə nəticələri də əhatə edir.

"250 milyard dollar - bu, bu gün əldə etdiyimiz rəqəmdir. Bu məbləğ tərəflər arasında müzakirə olunmağa davam edəcək və yekun razılaşma əldə etdikdə, bu barədə daha ətraflı şərh verə biləcəyik.

250 milyardlıq hədəf həm dövlət, həm də özəl mənbələri əhatə edir. Bu, bəzi tərəflər tərəfindən irəli sürülən bir təklifdir və biz bu təklifləri layihəyə daxil etmişik", - deyə o əlavə edib.

 

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Избранный
12
1
day.az

2Источники