RU

“Fransa məhz bu səbəbdən Bakıya gəlmədi” – VİDEO

COP 29 konfransının Azərbaycanda keçirilməyə qərar verildiyi andan Fransa öz çirkin siyasətini həyata keçirməyə başladı. Rəsmi Paris COP29 ərəfəsində Azərbaycana qarşı saxta ittihamlar irəli sürdülər. Bu Fransanın  iç üzünü açmış oldu”- bu fikirləri Real Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

 

Millət vəkili qeyd edib ki, Fransa Ada dövlətlərinin bu konfransnda iştirak etdiyini bildiyi üçün Bakıya gəlmədi.

 

“İnkişaf etmiş ölkələr o cümlədən Fransa inkişafdan qalmış kiçik ölkələrə iqlim dəyişikliyinə görə maliyyə yardımı etməlidirlər. Lakin bu ölkələr sözdə iqlim dəyişikliyindən danışsalar da, bu yardımı etmirlər. Fransanın bu konfransa gəlməməsinin daha bir səbəbi isə Fransanın ada dövlətlərində uzun illərdir ki, ekalogiyaya vurduqları zərbədir. Məhz Fransa buna görə Bakıya gəlmədi.”-deyə Cavanşir Feyziyev bildirib.

 

Избранный
6
7
sfera.az

8Источники