RU

"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - POLİTOLOQ

"Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir" - POLİTOLOQMətbuatda işləmək məqsədilə Ermənistana gedib-gələn Təbriz sakini heç bir səbəb olmadan, yalnız etnik azərbaycanlı olduğu üçün ermənilər tərəfindən bir neçə dəfə döyülməsi barədə məlumat yayılıb. O, zorakılığa məruz qaldığı anları əks etdirən müşahidə kamerasının görüntülərini əldə edib. Ermənilərin fiziki təzyiqinə məruz qalan təbrizli təhlükəsizliyini təmin etmədiyinə görə Ermənistan hökumətini məhkəməyə vermək niyyətində olduğunu açıqlayıb.

Sözügedən mövzu ilə bağlı Sonxeber.az-a politoloq Əli Zülfüqaroğlu danışıb:

O, açıqlamasında qeyd edib ki, böyük ehtimal onlar cinayətkarı himayə etməkdə davam edəcəklər:

"Əslində bu hadisə Ermənistan dövlətinin və cəmiyyətinin təfəkkürünün nümunəsidir. Bu sübut edir ki, Ermənistan cəmiyyətinin şüurunda türk düşmənçiliyi hakim mövqeyindədir. Bundan isə belə nəticə çıxır ki, Ermənistan dövləti sülh danışığları prosesində də səmimi deyil və düşmənçilim siyasətini yürüdür. Əlbəttə ki, Güney azərbaycanlının etniq zəmində qətlə yetirilməsi faktı önə çıxsa da, əslində o, İran vətəndaşıdır və bu eyni zamanda Ermənistanın İrana olan münsibətini göstərir. Çünki, baş verən hadisə ilə bağlı Ermənistan hökuməti tərəfindən birmənalı münasibət açıqlanmayıb. Böyük ehtimal onlar cinayətkarı himayə etməyə davam edəcəklər. Bəllidir ki, Ermənistanın İrana etdiyi xəyanətlərə rəğmən İran Ermənistana hərbi, siyasi, iqtisadi dəstəyini davam etdirir. İran hər zaman Azərbaycanı tənqid edirdi ki, Azərbaycan guya, qərb dövlətləri ilə əməkdaşlıq edir və bu İrana qarşı təhdid yaradır. Amma, əslində, İran da çox yaxşı başa düşür ki, bu belə deyil və Azərbaycanın apardığı siyasət də bunu sübut etdi. Azərbaycanın birmənalı mövqei ondan ibarətdir ki, o, heç bir halda öz ərazisindən İrana qarşı istifadə icazə verməz. Amma Ermənistan ABŞ və Fransa ilə əməkdaşlıq etməklə İrana maraqlarını heçə saydı və İran üçün təhdidlərin formalaşdırılmasına da çalışr. Əgər Ermənistan qərblə əməkdaşlıq edirsə, o zaman bu İran üçün də mənfi bir tendensiya hesab oluna bilər. Bütün bunlara rəğmən İran Ermənistana dəstəyinu davam etdirir. Bilirik ki, Azərbaycan dəflərə İranla qonşuluq və dostluq siyasətini yürütməyə çalışsa da İran tərəfi müxtəlif zamanlarda adekvat siyasət yürütməyib. Əlbəttə iki dövlət arasında münasibətlərin inkişafı hər iki ölkənin marağına xidmət edir. Amma bu tip hallar, xüsusilə də İranın Ermənistana dəstəyi kifayət qədər heç bir məntiqə sığmayan siyasət nümunəsidir. Əlbəttə, Ermənistan monoetnik dövlət olması, onun bu cəmiyyətin hansı təfəkkürə sahib olduğunu göstərir. Kifayət qədər, şovenist və seperatçı düşüncəni özündə əks etdirən insanların sayı Ermənistan cəmiyyətində çoxdur, son hadisə də məhz bunun nümunəsidir".

Vüsalə İbrahimli

Избранный
28
sonxeber.az

1Источники