RU

Ərdoğan Ali Yerlikayaya hücumdan danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 20-də Türkiyə Böyük Millət Məclisinin (TBMM) Plan və Büdcə Komissiyasında daxili işlər naziri Ali Yerlikayaya hücuma münasibət bildirib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri bu barədə İstanbul Enerji Forumunda çıxışı zamanı danışıb.

“Biz şəhər quldurluğuna heç vaxt boyun əyməmişik. Bundan sonra da belə davam edəcəyik.
22 il aktyorlar dəyişdi. Amma CHP-nin qarın ağrısı hələ də keçmədi. İndi gəlib bizi bazara çağırırlar.

Siyasi partiya olaraq bazarlarda, küçələrdə müxalifətdən qat-qat güclü varlığımız var. Xalqımızla bağımızı qırmadıq”,- Ərdoğan bildirib.

Xatırladaq ki, bir neçə gün öncə TBMM-də dövlət rəsmiləri ilə müxalifət nümayəndələri arasında qarşıdurma olub.

Məlumata əsasən, CHP-li deputatlar ölkənin daxili işlər naziri Ali Yerlikaya və digər rəsmilərin qarşısını kəsərək, onların parlament komissiyasının iclasına daxil olmasına mane olmaq istəyiblər. Bu zaman tərəflər arasında qarşıdurma yaranıb və dövlət rəsmiləri zorla iclas zalına daxil olublar. 

Hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömer Çelik hadisənin ardınca Cümhuriyyət Xalq Partiyasından (CHP) üzr tələb etmişdi

 

Избранный
9
1
qafqazinfo.az

2Источники