RU

2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq

\"Formula 1\" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

Bu barədə \"Racingnews365\" nəşri məlumat yayıb.

Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl \"Andretti\" komandası \"Formula 1\"də iştirak üçün ərizə verib. Hazırda yarışda 10 komanda mübarizə aparır.
 
Избранный
2
14
azxeber.com

10Источники