RU

Beş aşağı büdcəli aviaşirkət 179 milyon avro cərimələndi

Bu gün, noyabrın 22-də İspaniyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi Nazirliyi sərnişinlərdən əsassız ödənişlərin tutulması ilə bağlı sui-istifadələrə görə beş aşağı büdcəli aviaşirkəti 179 milyon avro cərimələyib. 

Valyuta.az xəbər verir ki, ən böyük məbləğ - 107 milyon avro cərimə İrlandiyanın "Ryanair" aviaşirkətinə tətbiq edilib. 

1. Ryanair (İrlandiya) - 107 milyon avro
2. Vuelinq (İspaniya - 39 milyon avro
3. EasyJet (Britaniya) - 29 milyon avro
4. Volotea (İspaniya) - 1,9 milyon avro
5. Norwegian (Norveç) - 1,9 milyon avro

Lou-büdcəli aviaşirkətlərlə bağlı araşdırma ötən il başlayıb. Nazirlik bəzi reyslərdə əl baqajı və uşaqlar üçün bitişik oturacaqların seçilməsi üçün əlavə rüsumları, həmçinin hava limanında biletlərin çapına görə qeyri-mütənasib ödənişləri sui-istifadə kimi qiymətləndirib. 

Bundan əlavə, aşağı büdcəli aviaşirkətlər sərnişinləri qiymətlə bağlı çaşdırırlar - bu, bütün əlavə ödənişlər olmadan göstərilir və sərnişinlər üçün real bilet qiymətini digər aviaşirkətlərin qiymətləri ilə müqayisə etmək çətindir. Nazirlik gələcəkdə bütün bu əməlləri qadağan edib. Bundan əlavə, o, aşağı büdcəli aviaşirkətlərdən İspaniya hava limanlarında rüsumların nağd şəkildə ödənilməsinə imkan yaratmağı tələb edib.

Paşa Məmmədli

Избранный
22
valyuta.az

1Источники