Bu gün Qubada "İdman festivalı-24"ün rəsmi açılış mərasimi keçirilib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Quba şəhərindəki Nizami adına Mədəniyyət və İstirahət parkında reallaşan möhtəşəm idman tədbirində ağırlıqqaldırma, basketbol, atçılıq, futbol, atletika, boks, cüdo, voleybol, idman dırmanması, badminton, oxatma, qılıncoynatma, triatlon, taekvondo, velosiped, kanoe, avarçəkmə, qış idman növləri, həndbol, güləş, tennis, reqbi, stolüstü tennis və digər idman növləri üzrə idmançıların nümunəvi çıxışları izlənilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov və digər natiqlər ölkədə idmana, bədən tərbiyəsinə göstərilən dövlət qayğısından danışıblar.
İdmançıların nümayişindən sonra festival bədii hissə ilə davam edib.
İdman festivalı noyabrın 23-də də müxtəlif idman nömrələri ilə davam etdiriləcək.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu