RU

Separatçı rejimin keçmiş "rəhbərləri"ndən biri casusluğa görə HƏBS OLUNDU

Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsi separatçı rejimin keçmiş hökumət rəsmisi Sarkis Qalstyanı casusluqda ittiham edərək 18 il müddətinə azadlıqdan məhrum edib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın İctimai Televiziyası prokurorluğa istinadən məlumat yayıb.

Qalstyan Qarabağda yüksək vəzifələrdə, o cümlədən Şuşa vilayətinin "icra başçısının müavini", Təhsil Nazirliyinin və prezident aparatının rəhbərinin "müavin"i vəzifələrində çalışıb.

İstintaq materiallarına görə, Qalstyan 2020-ci ildə xarici dövlətin kəşfiyyat orqanlarına işə götürülüb. O, 2020-ci ildən 2023-cü ilə qədər qondarma rejimin sosial-iqtisadi vəziyyəti, ictimai əhval-ruhiyyə, əhalinin hərbi əməliyyatlara münasibəti, o cümlədən Ermənistan Respublikası tərəfindən mümkün hərbi yardımın göstərilməsi barədə məlumatlar ötürüb. 

Prokurorluq Qalstyan üçün ömürlük həbs tələb edib və hökmdən apellyasiya şikayəti verməyi planlaşdırır.

Qarabağ işğaldan azad edildikdən sonra Qalstyan altı aya yaxın Xankəndidə qalıb. O, 2023-cü ilin mart ayının sonunda Beynəlxalq Qırmızı Xaç Komitəsinin himayəsi ilə Ermənistana gedib və orada saxlanılıb.

Избранный
28
50
unikal.az

10Источники