RU

Dövlət Xidməti tərəfindən növbəti açıq dərs Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün təşkil edilib » AzadMedia.az


Dövlət Xidməti tərəfindən növbəti açıq dərs Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri üçün təşkil edilib.
Açıq dərsdə keyfiyyət infrastrukturunun mahiyyəti, faydası və davamlı iqtisadi inkişafın təmin edilməsində, ətraf mühitin və sosial rifahın qorunmasında rolu barədə geniş məlumat verilib.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü və Azərbaycan Dövlət Aqrar Universiteti ilə birgə təşkilatçılığı çərçivəsində tələbələr üçün açıq dərs keçirilib.
Açıq dərsdə Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri Elməddin Quluyev “Keyfiyyət infrastrukturu sahəsinin iqtisadi inkişafda rolu və bu sahədə görülmüş işlər” mövzusunda təqdimatla çıxış edib. İlk olaraq keyfiyyət infrastrukturunun quruluşu və obyektləri barədə məlumat verilib, müvafiq sahədə normativ hüquqi baza və qanunvericiliyin tələbləri diqqətə çatdırılıb.
Bundan əlavə, icrası davam edən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”nın ölkə keyfiyyət infrastrukturunun təkmilləşdirilməsində rolundan bəhs olunub. Proqram çərçivəsində Dövlət Xidməti tərəfindən hazırlanan milli texniki reqlament layihələri barədə məlumat verilib, ölkədə texniki tənzimləmə sisteminin qurulmasının əhəmiyyəti, insan həyat və sağlamlığı üçün müsbət təsirləri vurğulanıb.




Избранный
27
3
azadmedia.az

4Источники