RU

“Sağlamlıq hamı üçün!” adlı tədbir keçiriləcək

23 noyabr 2024-cü il tarixində LIBRAFF kitab mağazalarının təşkilati dəstəyi və Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Seni şirkəti, eləcə də Güvən Dayə xidmətinin əməkdaşlığı ilə “Sağlamlıq Hamı Üçün!” adlı maarifləndirici tədbir keçiriləcək. Tədbir ahıllara, sağlamlığın qorunmasına və ailə dəyərlərinə həsr olunacaq.

QHT.az xəbər verir ki, proqram çərçivəsində bir sıra mütəxəssislərin çıxışları dinləniləcək:

Sara Şavaqatova, Güvən Dayə xidmətinin təsisçi və icraçı direktoru, “Ailədə ahıllara olan dəyərlər” mövzusunda iştirakçılara dəyərli məlumatlar təqdim edəcək.
Mətanət Qaraxanova, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun dosenti, “Sağlamlıq Hamı Üçün!” mövzusunda çıxış edərək sağlamlıq xidmətlərinin vacibliyini vurğulayacaq.
Fəridə Fərziyeva, Seni şirkətinin marketoloqu, sağlam yaşlanma və 60 yaşdan yuxarı qadınlarda uroloji problemlər mövzusunda maarifləndirici məruzə edəcək.
Fərqanə Mehmanqızı, psixoloq və ailə terapevti, “Sağlam ruh” mövzusunda iştirakçılarla fikir mübadiləsi apaacaq.

Tədbir ahılların sosial və sağlamlıq problemlərinə diqqəti artırmaq və bu istiqamətdə cəmiyyətin maarifləndirilməsi məqsədi daşıyır. 

Ətraflı məlumat və qeydiyyat üçün əlaqə nömrələri:
+994 051 353 97 91
+994 070 353 13 00
guvendaye.az

Избранный
20
qht.az

1Источники