RU

"Ekran qarşısında yemək yedirtmək..." — Valideynlərə XƏBƏRDARLIQ

"Ekran qarşısında yemək yedirtmək uşaqlar üçün çox zərərlidir. Son zamanlar ailələrin çoxu telefon asılılığı ilə bağlı psixoloqlara müraciət edirlər. İki yaşa qədər uşaqlara ekran qarşısında yemək yedirtmək tövsiyə olunmur. 3 yaşında mənlik şüuru və inadkarlıq yarandığı üçün 2-5 yaş arası uşaqlara qadağalar qoymaq mümkün olmur.

Fasilələrlə baxmağı məsləhət görürəm. Ekrana davamlı  məruz qalmaq həm psixoloji, həm də fizioloji problemlər yaradır".

Bu sözləri Demokrat.az-a açıqlamasında psixoloq Fidan Nəzirova deyib:



"Son zamanlar ən çox yaranan fizioloji problemlər qalxanvari vəzi xərçəngi yaradacaq qədər ciddi problemlərdir. Psixoloji problemlər isə ən əsas diqqət əskikliyi və aqressiyadır. 

O bildirib ki, uşaqların yemək zamanı televizor və telefona baxmağı həm piylənməyə, həm də şəkərli diabetə yol açır. 

Azyaşlıya mükafatlar təyin etməklə məsələni həll etmək mümkün ola bilir. Əks halda mütəxəssis köməyi şərtdir".

Əfsanə Kamal
Demokrat.az
Избранный
21
demokrat.az

1Источники