RU

Kursk vilayətinin 46 sakini Ukraynadan Rusiyaya qaytarılıb

Bu gün Kursk vilayətinin 46 sakini aparılan danışıqlar prosesi nəticəsində Ukraynadan Rusiyaya qaytarılıb.

APA TASS-a istinadən xəbər verir ki, bu fikirləri öz teleqram kanalında Rusiya Federasiyasının ombudsmanı Mariya Moskalkova bildirib.

Moskalkova qeyd edib ki, Kurs sakinləri avqustda silahlı hücumdan sonra Ukrayna silahlı qüvvələri tərəfindən Kursk vilayəti ərazisindən götürülüb. Rusiyaya qaytarılan vətəndaşlar arasında biri yeni doğulmuş, biri 3 yaşına qədər olmaqla, 12 uşaq və əlil arabası istifadəçisi də var.

Избранный
20
8
apa.az

10Источники